Azərbaycan əsgərləri Milli müstəqillik gününü qeyd edir - FOTOLAR

16:36 | 18.10.2020
Azərbaycan  əsgərləri Milli müstəqillik gününü qeyd edir - FOTOLAR

Azərbaycan əsgərləri Milli müstəqillik gününü qeyd edir - FOTOLAR

 
Bu gün  Azərbaycan Respublikasının Milli müstəqillik günüdür. 
 
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

1991-ci il... Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. Bu xalq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü. İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi.

1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.

Bu tarix hazırda Azərbaycan torpaqlarını erməni işğalından azad edən  əsgərlərimiz tərəfindən də təntənəli şəkildə qeyd edilir. Onların N hərbu hissəsində keçirdikləri bayram şənliyində müxbirimiz Mahir Rüstəmli də iştirak edib: 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM