• $
  • €
  • ₽
  • ₺
  • £

WSJ: Ukrayna Krım körpüsünə hücum zamanı İsrailin “Starlink” alternativindən istifadə edib

WSJ: Ukrayna Krım körpüsünə hücum zamanı İsrailin “Starlink” alternativindən istifadə edib
28.11.2026 14:40

Ukrayna Silahlı Qüvvələri Krım körpüsünə hücum zamanı İsrailin “Starlink”ə alternativ olan “HiSKY” peyk rabitə sistemindən istifadə edib.

Bu barədə “RBC-Ukrayna” “The Wall Street Journal”a (WSJ) istinadən məlumat yayıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, işğal olunmuş Krımı Rusiya ilə birləşdirən körpüyə hücumlarda istifadə edilən bəzi Ukrayna sursatlarında “HiSKY” sistemindən yararlanılıb.

“Starlink”dən fərqli olaraq, “HiSKY” Rusiya ərazisində də işləyir. Mənbələrdən birinin sözlərinə görə, ukraynalı dron operatorları bu sistem vasitəsilə Rusiyanın ballistik raket buraxılış qurğularını axtarıblar.

Bununla belə, İsrail sistemindən istifadə daha yüksək texniki hazırlıq tələb edir. Belə ki, missiyaların icrası zamanı mütəxəssislərin birbaşa əməliyyat yerində olması zəruridir. “Starlink” terminallarından isə istifadə etmək daha asandır.

Bu səbəbdən “HiSKY” sisteminin gündəlik tapşırıqlarda deyil, əsasən xüsusi əhəmiyyətli əməliyyatlarda tətbiq olunduğu ehtimal edilir.

Bundan başqa, Ukraynada istehsal olunan bir çox pilotsuz uçuş aparatı “SpaceX” xidmətləri ilə işləmək üçün uyğunlaşdırılıb. Onların digər rabitə sistemlərinə keçirilməsi üçün çox vaxt istehsalçıya qaytarılaraq yenidən konfiqurasiya edilməsi tələb olunur.

Noyabrın 13-də “Axios” ukraynalı rəsmiyə istinadən “Starshield” sisteminə tətbiq edilən yeni məhdudiyyətlər səbəbindən dron missiyalarının 100 %-nin pozulduğunu yazıb. “SpaceX” isə həmin vaxt sistemdə heç bir dəyişikliyin olmadığını bildirib.

Növbəti gün Ukrayna Prezidenti Volodimir Zelenski işğal olunmuş ərazilərdə “Starshield” sisteminin sürət məhdudiyyətinin qüvvədə qaldığını, maksimal sürətin saatda 161 kilometr olduğunu açıqlayıb.

Noyabrın 27-də isə Zelenski Ukraynanın nəzarətində olan ərazilərdə “Starlink” və “Starshield” rabitəsinin normallaşdığını, işğal olunmuş ərazilərdə isə məhdudiyyətlərin qüvvədə qaldığını bildirib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Ukraynada hərbi sahədə yeni kadr təyinatlarının olacağını açıqlayıb
Dünya 18:06
Zelenski Ukraynada hərbi sahədə yeni kadr təyinatlarının olacağını açıqlayıb
Batumi hava limanında “Beşiktaş” və “Hapoel” azarkeşləri arasında insident yaşanıb
Dünya 17:39
Batumi hava limanında “Beşiktaş” və “Hapoel” azarkeşləri arasında insident yaşanıb
İordaniyada fabrikdə 20 nəfər pestisiddən zəhərlənib
Dünya 17:08
İordaniyada fabrikdə 20 nəfər pestisiddən zəhərlənib
Əfqanıstanda məktəbdə partlayış: 25 şagird ölüb, 50-yə yaxın yaralanıb
Dünya 13:25
Əfqanıstanda məktəbdə partlayış: 25 şagird ölüb, 50-yə yaxın yaralanıb
Rusiya səfiri Kanada XİN-ə çağırılıb
Dünya 09:54
Rusiya səfiri Kanada XİN-ə çağırılıb
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə zərbələr endirib
Dünya 23:48
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə zərbələr endirib
Ərdoğan sabah İstanbulda yunanıstanlı həmkarı ilə görüşəcək
Dünya 22:16
Ərdoğan sabah İstanbulda yunanıstanlı həmkarı ilə görüşəcək
İran səfiri Küveyt XİN-ə çağırılıb
Dünya 20:06
İran səfiri Küveyt XİN-ə çağırılıb
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
Dünya 18:42
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol