Azərbaycan filmi beynəlxalq festivalda

15:45 | 03.07.2014
Azərbaycan filmi beynəlxalq festivalda

Azərbaycan filmi beynəlxalq festivalda

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsal olanan “Axınla aşağı” filmi Çex Respublikasının Karlovı Varı şəhərində keçiriləcək Beynəlxalq festivalda iştirak edəcək. Kinostudiyadan Lent.az-a verilən məlumata görə,  “Axınla aşağı” filmi festivalın “East of the West” müsabiqə proqramına salınıb.

 

“Axınla aşağı” psixoloji ailə dramıdır. Əsas hadisələr Mingəçevir Olimpiya İdman Mərkəzində cərəyan edir. İdman məşqçisinin ailəsində baş vermiş faciə nəticəsində filmin qəhrəmanı onu əhatə edən insanlara, ümumiyyətlə, həyata yeni nəzərlə baxmağa başlayır

 

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu rejissor Asif Rüstəmov, operator Ayxan Salar, bəstəkar Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, baş prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andjevska və Teymur Məmmədov canlandırıblar.

Qeyd edək ki, Karlovı Varı Beynəlxalq film festivalı 1956-ci ildən fəaliyyət göstərir və FİAPF tərəfindən akkreditə olunmuş “A” səviyyəli 12 festivaldan biridir. Festivalın əsas mükafatı - “Büllur Kürə” ən yaxşı bədii filmə verilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb