Azərbaycan filmi Kann festivalında mükafat aldı - VİDEO

12:43 | 06.10.2014
Azərbaycan filmi Kann festivalında mükafat aldı - VİDEO

Azərbaycan filmi Kann festivalında mükafat aldı - VİDEO

Bakı Media Mərkəzi (BMM) bu günlərdə Kann şəhərində keçirilən  "The Cannes Corporate Media & TV Awards"  festivalında Azərbaycanı  təmsil edib. Festivala təqdim olunan «Ritmik gimnastika üzrə 30-cu Avropa Çempionatı» filmi (video-çarx) turizm filmləri kateqoriyasında yarışıb.

Oktyabrın 2-də keçirilən mükafatlandırmada  film qaliblər sırasında yer alıb.

  "The Cannes Corporate Media & TV Awards" festivalında  Gümüş Delfin ("Silver Dolphin") mükafatını qazanan video-çarxın rejissoru Vüqar İslamzadədir.  

Film 2014-cü ilin iyun ayında Bakıda keçirilən bədii gimnastikaya həsr olunub.

"The Cannes Corporate Media & TV Awards" festivalı hər il Fransanın Kann şəhərində dünyanın ən yaxşı korporativ filmləri, sənədli onlayn media və  TV filmlərini mükafatlandırmaq üçün   keçirilir. Bu, Kannda korporativ filmlər üçün keçirilən yeganə festivaldır.

Beynəlxalq festival 2010-cu ildə təsis olunub. Festivalın münsiflər heyəti kimi tanınmış rejissorlar, produserlər, Oskar və Emmi mükafatçıları, kinoekspertlər, korporativ və kütləvi media sahəsinin mütəxəssisləri iştirak edir.

Müsabiqəyə  dünyanın hər yerindən korporasiyalar,  ictimai əlaqələr üzrə agentliklər, Tv kanallar, produser, multimedia mərkəzləri, film produserləri, filmmeykerlər və tələbələr hazırladığı işlərlə qatıla bilir.

Festivalın qaliblərinə hər kateqoriya üzrə Qızıl, Gümüş, Qara və Ağ Delfin- Qrand Priz (Gold, Silver, Black and the White Dolphin – the Grand Prix) mükafatı təqdim olunur. Mükafatlandırma hər il oktyabr ayında Kannda, Palm Beach otelində keçirlir.

Rejissor Vüqar İslamzadə bundan öncə 2014-cü ildə Bakıda keçirilən II Bakı Beynəlxalq Turizm Filmləri Festivalında  "Reklam filmləri" kateqoriyasında «Ritmik gimnastika üzrə 30-cu Avropa Çempionatı» video-çarxına görə gümüş mükafat qazanıb.

Azadliq.org

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM