Azərbaycan kubokunun sahibi "Neftçi" oldu - Yenilənib

23:26 | 22.05.2014
Azərbaycan kubokunun sahibi "Neftçi" oldu - Yenilənib

Azərbaycan kubokunun sahibi "Neftçi" oldu - Yenilənib

Futbol üzrə Azərbaycan kubokunun sahibi "Neftçi" olub. 
ANS PRESS-in məlumatına görə, Qəbələ şəhərinin eyni adlı komandası ilə keçirilən qarşılaşmanın əlavə vaxtı da 1:1 hesabı ilə bitdiyindən penaltilərdən yaxşı yararlanan (3:2) Bakının "Neftçi" klubu Azərbaycan kubokunun bu ilki sahibi oldu.
*  *  *  *
"Qəbələ"-"Neftçi" oyununda ikinci qol vurulub. Oyunun 72-ci dəqiqəsinda "Qəbələ"nin oyunçusu fərqlənib. Hazırda hesab 1:1-dir. 
Xatırladaq ki, "Qəbələ"-"Neftçi" oyununda hesab oyunun 53-cü dəqiqəsində açılıb. "Neftçi"nin oyunçusu Samir Məsimov fərqlənib. 0:1.
20.27
Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə Azərbaycan kuboku yarışlarının final oyunu – “Qəbələ” və “Neftçi” komandaları arasında görüş başlayıb.
ANS PRESS-in məlumatına görə, FİFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda nominal ev sahibi olan “Qəbələ”nin heyətində meydana Kamran Ağayev, Rail Məlikov, Marat İzmayılov, Nizami Hacıyev, Viktor Mendi, Luis Hilario Dodo, Lorenzo Ebesilio, Ruslan Tağızadə, İbrahima Niasse, Rafael Santos və Davrovjan Erqaşov çıxıblar.
“Neftçi”nin ilk “11-liyi”ndə isə Saşa Stamenkoviç, Karlos Kardoso, Rəşad Sadiqov, Flavinyo, Cavid İmamverdiyev, Erik Fabian Ramos, Bruno Bertuççi, Samir Məsimov, Məqsəd İsayev, Elvin Yuniszadə və Örnest Nfor yer alıblar.
Oyunun sonunda azarkeşlər arasında lotereya keçiriləcək.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM