Azərbaycan kulinarları beynəlxalq kulinariya çempionatında iştirak etdilər - Fotolar

14:11 | 28.04.2015
Azərbaycan kulinarları beynəlxalq kulinariya çempionatında iştirak etdilər - Fotolar

Azərbaycan kulinarları beynəlxalq kulinariya çempionatında iştirak etdilər - Fotolar


14-18 04.2015-ci il tarixdə Bosniya-Hersoqiovainanın Sarayevo şəhərində ÜKTB-nin Avropa qitə konfransında və 19-21.04.2015 ci il tarixdə Çernoqoriyanın Budva şəhərində keçirilən beynəlxalq kulinariya çempionatında Azərbaycan nümayəndə heyətidə iştirak edib.


15-18 04.2015-ci il tarixində 2 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti Ümumdünya Kulinariya Təşkilatları Birliyinin (ÜKTB) Avropa Qitə Konfransında iştirak edib. Konfransda 40 ölkə iştirak edib.

Tərəfimizdən Azərbaycanın təqdimatı keçirildi, film göstərildi və 2016-ci ildə ÜKTB-nin Avropa Konfransının Bakıda keçirilməsi təklifinin müzakirəsi olub. 2016-ci ilin sentyabrında Afinada keçiriləcək Dünya Kulinariya Konqressində Avropa Qitəsinin lobbiləşdirəcəyi məsələlərin və.s razılaşdırılacağı bu Qitə Konfransının mart-aprel ayında Bakıda keçiriləcəyini böyük səs üstünlüyü ilə razılaşdırılıb.

Konfrans zamanı gənc kulinarların da çempionatı keçirilib. Tədbir zamanı Ginnesin rekordlar kitabına düşmək üçün 14 min nəfər üçün Bosniya mətbəxinin "Bəy şorbası” hazırlandı. Şorbanın hazırlanmasında 100 aşpaz iştirak edib. Şorba üçün 1 ton toyuq əti, 300 kq digər məhsullar istifadə edilib. Şorba 1m dərinliyi və 5m diametri olan qazanda bişirilirdi.

19-21.04.2015-ci il tarixdə Azərbaycan Milli Kulinariya Komandası Monteneqronun Budva şəhərində keçirilmiş Beynəlxalq Kulinariya Çempionatında iştirak edib.

Çempionatda səkkiz ölkə (Azərbaycan, Serbiya, Bosniya-Hersoqovinya, Xorvatiya, Sloveniya, Ukrayna, Rusiya, Monteneqro) iştirak edib.

Azərbaycan münsiflər heyətində təmsil edilib. Komandamız gənclər kateqoriyasında 2 sinifdə, peşəkarlar kateqoriyasında isə 4 sinifdə iştirak edib. Bu yarışlarda aşağıdakı nəticələr göstərilib:

Quliyeva Elnurə - bürünc medal.
Ələsgərova Gülnar – bürünc medal.
Musabəyli Azadə - qızıl medal.
Alışov Əliəşrəf – qızıl medal.
Carullazadə Carulla – bürünc medal.
Cəfərli Ramin – gümüş medal.

Beləliklə komandamız 2 kateqoriyada 6 sinifdə 6 nəticə göstərdi. Komandamızın bu nəticəsini müsbət hesab etmək olar.

Komandamız Monteneqroda olan müddətdə Azərbaycan Respublikasının Monteneqrodakı nümayəndəliyinin daimi diqqəti altında olub. Nümayəndəlik tərəfindən komandamız Podqorica şəhərində Bakı küçəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında Monteneqro meriyası ilə birlikdə yenidənqurma işləri aparılmış parkda, Azərbaycanın görkəmli yazıçı dramaturqu Hüseyn Cavidin abidəsini ziyarət ediblər.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb