Azərbaycan malları Rusiyaya “Yaşıl Dəhliz”lə daşınacaq

19:21 | 05.07.2016
Azərbaycan malları Rusiyaya “Yaşıl Dəhliz”lə daşınacaq

Azərbaycan malları Rusiyaya “Yaşıl Dəhliz”lə daşınacaq

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan mallarının Rusiyaya ixracı zamanı meydana gələn istənilən problemi həll etməyə hazırdır.

Oxu.Az xəbər verir ki, bu məsələ komitənin sədri Aydın Əliyevlə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin görüşündə müzakirə olunub. 

Hazırda iki ölkənin sərhədində Azərbaycan mallarının Rusiyaya ixracı məqsədilə "Yaşıl dəhliz” buraxılış sistemi tətbiq olunub. Bundan başqa, tərəflər malların ixracı zamanı meydana gələn istənilən problemi həll etməyə hazır olduqlarını bəyan ediblər.

Xəbər verildiyi kimi, iyun ayı ərzində Azərbaycan mallarının Rusiyaya ixracı zamanı Rusiya tərəfi ilə sərhəddə problemlər meydana gəlib. Problemlərin həlli məqsədilə Azərbaycan və Rusiyanın gömrük orqanları arasında müvafiq danışıqlar aparılıb. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb