Azərbaycan prezidenti Gəncə Avtomobil Zavodunun fəaliyyəti ilə tanış olub

14:30 | 17.02.2016
Azərbaycan prezidenti Gəncə Avtomobil Zavodunun fəaliyyəti ilə tanış olub

Azərbaycan prezidenti Gəncə Avtomobil Zavodunun fəaliyyəti ilə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin fəaliyyəti ilə tanış olub.

APA-nın məlumatına görə, 2004-cü ilin dekabrından fəaliyyətə başlayan zavodda 2007-ci ilin martınadək "Oka”, UAZ, "Çanqan” markalı avtomobillərın yığımı həyata keçirilib.
 
2007-ci ilin martından etibarən Belarusun Minsk avtomobil və traktor zavodları ilə bağlanmış müqaviləyə əsasən Gəncə avtomobil zavodunda yeni yığım xətləri quraşdırılıb, müxtəlif markalı traktor və MAZ avtomobillərinin istehsalına başlanılıb. 2016-cı il yanvarın 1-dək müəssisədə 8 modeldə 6294 traktor, 134 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib. Həmin müddətədək 8 modeldə, müxtəlif modifikasiyalarda 2578 MAZ avtomobili yığılaraq istifadəyə verilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM