Azərbaycan prezidenti qəbul keçirdi

16:29 | 03.03.2015
Azərbaycan prezidenti qəbul keçirdi

Azərbaycan prezidenti qəbul keçirdi

Azərbaycan prezidenti İlham Əliyev Sloveniya parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Sloveniya arasında ikitərəfli münasibətlərin səviyyəsinin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi sahədə razılıq doğurduğu bildirilib, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.
 
M. Bervarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM