Rusiya Cənub Hərbi Dairəsinin Ermənistan və Cənubi
Osetiyada keçirdiyi hərbi təlimlər Azərbaycanın hərbi təlimi ilə bağlı
ola bilər.
Axar.az xəbər verir ki, bunu "Kavkaz uzel" saytına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.
"Təlim plana uyğun olaraq aparılır, amma biz Qarabağda hərbi
konflikti də istisna edə bilmərik. Heç kim konfliktə diqqət etmir.
Azərbaycanın hərbi təlimi hərbi fəaliyyətlərə birbaşa hazırlıq xarakteri
daşıyır", - deyə o bildirib.
Felgenhauer Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyata başlaya
biləcəyini də söyləyib. O, dünya ictimaiyyətinin böyük müharibəyə səbəb
ola biləcək konflikti görməzdən gəldiyini bildirib:
"Qarabağdakı konflikti unutmaq tendensiyası mövcuddur. Belə ki, böyük güclər burada birbaşa iştirak etmirlər".
Ekspert Azərbaycanın mütəmadi olaraq təkcə Rusiyadan yox, həm də İsrail və Türkiyədən silah aldığını bildirib:
"Azərbaycanın aldığı İsrail silahları arasında səyyar atəş
sistemləri, zərbə endirən pilotsuz uçan aparatlar, "Spayk” tank əleyhinə
raket sistemləri var. Bu, müasir, effektiv tank əleyhinə sistemlərin
üçüncü nəslinə aiddir və Amerikanın "Javelin” sistemlərinin bənzəridir.
Belə bir silah təkcə Ermənistanda deyil, Rusiyada da yoxdur. Azərbaycan
silahlanmasına böyük pullar xərcləyir".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !