İstiPress-in məlumatına görə, məsələyə "Lragir"də məqalə həsr edən erməni şərhçi Naira Ayrumyan güzəştlərin qoşunların təmas xəttinə atəşkəsin pozulmasını araşdıran xüsusi mexanizmlərinin yerləşdirilməsinə Azərbaycanın razılıq verməsi ilə bağlı olduğunu iddia edib.
Erməni şərhçinin iddiasına görə, mexanizmlərin tətbiqinə razılıq verməsi Bakının müunaqişəni hərb yolu ilə həll variantından imtinası deməkdir - guya buna razılıq verməsi Azərbaycan Qarabağda müharibə hüququnu itirir.
Bu məsələyə Rusiyanın ermənipərəst "Regnum”agentliyində də toxunublar. Agentliyin yazdığına görə, Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçev Ermənistan və Azərbaycanın Qarabağ məsələsi üzrə anlaşmaya yaxın olduğunu bildirib:
"Məndə olan məlumata görə, münaqişə tərəfləri anlaşmaya yetərincə yaxındırlar. Əlbəttə, şeytan həmişə sonuncu detallarda gizlənir. Vəziyyət yerində durmur, o, irəli gedir”.
Politoloq Tofiq Abbasov İstiPress-ə müsahibəsində Naira Ayrumyanın dediklərini blef adlandırıb. Onun fikrincə, Azərbaycan Xarici İşlər Nazirliyinin danışıqlar barədə açıqlamanı gec verməsi, həmişə olduğu kimi erməni blefinə imkan yaradıb.
Tofiq Abbasovun sözlərinə görə, əslində, Azərbaycan qoşunların təmas xəttində videomüşahidə kameralarının yerləşdirilməsinin əleyhinə deyil:
"Əslində, bu, bizim üçün faydalıdır. Çünki atəşkəsi pozanlar onlardır. Bizim tərəfdə dinc əhali yaşayır, onlar tərəfdə isə işğalçı əsgərlərdir. Atəşkəsin pozulması bizim dinc əhalinin sərbəstliyinə, gündəlik həyatına və tarla işlərinə mane olur. Ona görə də biz bunun əleyhinə deyilik. Sadəcə, ermənilər tələb edir ki, Azərbaycan aprel döyüşlərində işğaldan azad etdiyi 2000 hektar ərazini yenidən Ermənistanın nəzarətinə versin və müşahidə qurğuları aprelin 2-dən əvvəlki təmas xətti üzrə quraşdırılsın. Təbii ki, Azərbaycan bununla razılaşmayacaq”.
Ermənilərin haqqında həddindən çox danışdığı müşahidə mexanizmləri barədə ən maraqlı sözü erməni politoloq İqor Muradyan bildirmişdi. Qarabağ hərəkatının ilk liderlərindən olan və problemi dərindən bilən Muradyan ona bu barədə verilən suala sualla caıvab vermişdi: "Seyran Ohanyanın 25 ilə möhkəmləndirdiyi istehkamları bir-iki saata keçən Azərbaycan tanklarını 5-6 kamera ilə saxlamağı mümkünmü sayırsınız?”Əslində, Azərbaycan prezidenti İlham Əliyevin BMT-dəki çıxışını düzgün anlayan erməni şərhçilər də var. Məsələn, erməni jurnalist Qalust Qriqoryan "Armenianreport” portalında bu barədə dərc etdirdiyi məqaləni "Sabah müharibə olacaq” adlandırıb. Müəllifin fikrincə, Azərbaycanın beynəlxalq rəyi münaqişəni müharibə yolu ilə həll etməyə hazırlayır. O, diqqəti İlham Əliyevin BMT kürsüsündən Serj Sarkisyanın Xocalıda soyqırım törədənlərdən biri olması barədə məlumat verməsinə yönəldib.
Atalar demişkən, vuran oğul ataya baxmaz. Yəni Azərbaycan Qarabağ uğrunda müharibəyə başlamaq istəyəndə, kameraya-
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !