Azərbaycan qazı neçəyə satılır?

18:19 | 04.05.2018
Azərbaycan qazı neçəyə satılır?

Azərbaycan qazı neçəyə satılır?

Azərbaycan qazı 2020-ci ildə Avropaya ixrac edildikdə qiymətin 300 dollar olması "Şahdəniz-2” layihəsinin kommersiyasiyası üçün yaxşı töhfə olardı.

Axar.az xəbər verir ki, bu fikirləri Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib.

"Azərbaycanın tezliklə Türkiyə bazarına "Şahdəniz”dən çıxaracağı əlavə qaz həcmləri astanasında mavi yanacağın dünya bazarlarında qiyməti durmadan artır. Enerji bazarları üzrə ixtisaslaşan "Platts” agentliyi xəbər verir ki, hazırda Avropanın əsas qaz topdansatış məntəqələrində 1000 m3 qazın qiyməti 230-250 dollar arasında dəyişir. Ötən illə müqayisədə 50 dollar artım müşahidə olunub. İyunda satılan maye qazın (LNG) Asiya terminallarında qiyməti artıq 290-293 dollara təklif edilir”, - ekspert bildirib

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb