Azərbaycan səfirliyi Fransa şəhərlərinin rəhbərliklərinə müraciət etdi

15:16 | 22.04.2016
Azərbaycan səfirliyi Fransa şəhərlərinin rəhbərliklərinə müraciət etdi

Azərbaycan səfirliyi Fransa şəhərlərinin rəhbərliklərinə müraciət etdi

Azərbaycanın Fransadakı səfirliyi Dağlıq Qarabağdakı separatçı rejiminin nümayəndələri ilə işbirliyinin qəbulolunmaz olması ilə bağlı Fransanın bir sıra şəhər rəhbərliklərə rəsmi müraciət ünvanlayıb.

Bu barədə "Report"a Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

Məlumata görə, ölkənin bir sıra şəhərləri erməni təşkilatların təzyiqi altında Azərbaycanın işğal altında olan şəhərləri ilə işbirliyi və qardaşlaşma ilə bağlı qanunsuz sazişləri imzalayıblar.

"Belə bir addım beynəlxalq hüququn və Fransa qanunların pozulması sayılır, çünki Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və "Dağlıq Qarabağ Respublikası" adlı qurumu tanımır", - səfirlikdən bildirilib.

Mətbuat xidmətində bildiriblər ki, səfirlik bununla əlaqədar olaraq bu şəhərlərin meriyaları ilə danışıqlar aparıb, lakin bəziləri isə buna əməl etməyib, ona görə də səfirlik hüquqi müstəvidə müraciət edib: "Ona görə də səfirlik fransız qanunların çərçivəsində hüquqi yollarla Fransa şəhərlərin erməni silahlı qüvvələrinə işğalı altında olan Azərbaycan şəhərləri ilə qanunsuz əməkdaşlığını dayandırıması ilə bağlı tələb irəli sürüb".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb