Azərbaycan spirtli içki idxalını 3 dəfə azaldıb

15:37 | 18.02.2016
Azərbaycan spirtli içki idxalını 3 dəfə azaldıb

Azərbaycan spirtli içki idxalını 3 dəfə azaldıb

Bu ilin yanvar ayı ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib.
 
Dövlət Gömrük Komitəsindən "Report"a verilən xəbərə görə, 2016-cı ilin yanvarında 203,05 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq ayına nisbətən 124,06 min dollar yaxud 37,93% azdır.

Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,03%-ni təşkil edib.

Komitədən bildirilib ki, hesabat dövründə Azərbaycana ümumilikdə 1 179,30 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2015-cü il ilə müqayisədə 2 254,89 min dollar və ya 2,9 dəfə azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,27% təşkil edib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM