Azərbaycan taekvondoçuları təlim-məşq toplanışı üçün Cənubi Koreyaya yollanıblar

18:00 | 12.02.2023
Azərbaycan taekvondoçuları təlim-məşq toplanışı üçün Cənubi Koreyaya yollanıblar

Azərbaycan taekvondoçuları təlim-məşq toplanışı üçün Cənubi Koreyaya yollanıblar

Qadın taekvondoçulardan ibarət Azərbaycan millisi hazırlığı ölkə xaricində davam etdirəcək.

Federasiyadan verilən məlumata görə, yığma baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında Cənubi Koreyada təlim-məşq toplanışı keçəcək.

Qarşıdakı yarışlar, o cümlədən Bakıda təşkil olunacaq dünya çempionatında uğurlu çıxış üçün hazırlıq prosesində 7 taekvondoçu iştirak edəcək. Məşqçilər korpusu səfərə Sona Ağayeva, Məryəm Məmmədova, Minayə Əkbərova, Zemfira Həsənzadə, Patimat Abakarova, Səmərrux Osmanova və Fatimə Məcidovanı aparıblar.

Bu gün Cənubi Koreyaya yollanan komanda fevralın 28-də Vətənə dönəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb