Azərbaycan tank biatlonunda liderlərin beşliyindədir

17:00 | 30.07.2018
Azərbaycan tank biatlonunda liderlərin beşliyindədir

Azərbaycan tank biatlonunda liderlərin beşliyindədir

Rusiyalı hərbçilər "Tank biatlonu” yarışının ikinci günündə sürəti 70 km/saat-a qaldıraraq, yarışda yeni sürət rekordunu müəyyən ediblər. 

Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında müsabiqənin hakimi, general-mayor Roman Binyukov deyib. 

Onun sözlərinə görə, Rusiya komandasının nəticəsi 19 dəqiqə 37 saniyə olub.

"Tank biatlonu – 2018” müsabiqəsinin iki günü ərzində keçirilən fərqi yarışların nəticələrinə görə, Rusiya komandası liderdir. Onu 21 dəqiqə ilə Çindən olan tankçılar izləyir. Üçüncü yeri 22 dəqiqə 37 saniyə ilə Belarus, dördüncünü 24 dəqiqə 42 saniyə ilə Qazaxıstan tutub. Azərbaycan isə siyahıda beşincidir. Komandamız finiş xəttinə 25 dəqiqə 25 saniyəyə çatıb.

Yarışlar davam edir – qarşıdakı günlərdə komandaların 2-ci və 3-cü ekipajı fərdi mübarizəyə qatılacaq. Keçiriləcək 28 müsabiqədə 32 ölkədən olan 189 komanda iştirak edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb