Azərbaycan Türkiyədən ən çox mənzil alan 8-ci ölkə oldu

10:57 | 25.08.2016
Azərbaycan Türkiyədən ən çox mənzil alan 8-ci ölkə oldu

Azərbaycan Türkiyədən ən çox mənzil alan 8-ci ölkə oldu

Azərbaycan Türkiyədən ən çox mənzil alan 8-ci ölkə olub. 

Oxu.Az bu barədə Türkiyə Statistika Komitəsinə istinadən xəbər verir. 

Cari ilin iyulunda azərbaycanlılar Türkiyədən 39  ədəd mənzil alıb. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 42,64% azalma deməkdir. 

Bu ilin yanvar-iyul aylarında isə həmyerlilərimiz qonşu ölkədən cəmi 375 ədəd mənzil alıb ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 24,67% azalıb. 

Qeyd edək ki, ötən ilin təkcə iyulunda azərbaycanlılar Türkiyədən 68 ədəd, ilk yeddi ayında isə cəmi 458 ədəd mənzil almışdı.

Bu il qonşu ölkənin mənzil bazarına isə ən çox maraq göstərən beş ölkə isə İraq (1753), Küveyt (1004), Səudiyyə Ərəbistanı (974), İngiltərə (479), Rusiya (685) olub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM