Azərbaycan Universitetindən yenilik

12:01 | 13.04.2018
Azərbaycan Universitetindən yenilik

Azərbaycan Universitetindən yenilik

Azərbaycan Universitetində "Azərbaycan Xalq Cümhuriyyəti Auditoriyası” yaradılıb.

Universitetdən Trend-ə verilən məlumata görə, auditoriya mühazirə, seminar, dəyirmi masa və diskussiyaların təşkili, film və bənzəri rəqəmsal materialların nümayiş olunması üçün zəngin texniki avadanlıqla təchiz olunub.

Auditoriyada AXC dövrünü tədqiq edən, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və mübarizəsini, cümhuriyyət parlamentinin və hökumətinin dövlət və ordu quruculuğu, xarici siyasət sahəsində görülmüş işləri, həmçinin 1918-1920-ci illərdəki ictimai, siyasi, iqtisadi, mədəni həyatı və başqa bu kimi məsələləri əks etdirən kitablar, müxtəlif nəşrlər və digər əyani vəsaitlər, o cümlədən müsəlman şərqində və türk tarixində ilk parlamentli demokratik respublikanın ideoloq və qurucularının fotoları yerləşdirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb