Azərbaycan valyutanı ən çox nəyə xərcləyir?

11:36 | 20.07.2016
Azərbaycan valyutanı ən çox nəyə xərcləyir?

Azərbaycan valyutanı ən çox nəyə xərcləyir?

Ölkəyə idxal olunan məhsulların statistikasını təhlil etsək, bunun parametrlərini müəyyən etmək mümkündür. 

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin altı ayında ən böyük idxal payı ilə yenə də buğda birincidir. Ölkəyə 682 milyon 752 min ton buğda gətirilib. 

Bu ötən ilkindən 117 milyon 770 min ton azdır. Buğda alınmasına xərclənən valyutanın statistik dəyəri isə 129 milyon 132 min ABŞ dolları olub. 

İkinci yerdə isə qara metallar və onlardan hazırlanan məmulatlar dayanır – 406 milyon 525 min ton. Bu məhsullar üzrə statistik dəyər 577 milyon 601 min dollar təşkil edib.Azərbaycan özü meyvə-tərəvəz ixracını artırdığı halda, maraqlıdır ki, eyni zamanda idxal da artıb. 

Əgər ötən ilin altı ayında ölkəyə 146 milyon 514 min ton meyvə-tərəvəz idxal olunmuşdusa, bu ilin müvafiq dövründə bu göstərici 194 milyon 940 min tona yüksəlib. 

Meyvə tərəvəzin alınması üçün ölkədən 75 milyon 378,19 min ABŞ dolları valyuta axını baş verib. Azərbaycandan ən iri məbləğdə valyuta isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin alınması üçün çıxarılıb. Bunun üçün ölkəmiz 931 milyon 745 min dollar xərcləyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb