Azərbaycan vətəndaşı Bakıya qayıdarkən vağzalda ölüb

23:47 | 25.09.2016
Azərbaycan vətəndaşı Bakıya qayıdarkən vağzalda ölüb

Azərbaycan vətəndaşı Bakıya qayıdarkən vağzalda ölüb

Bu gün Rusiyanın Saratov şəhərinin vağzalında 79 yaşlı Azərbaycan vətəndaşı qəflətən dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Vzqlyad-info" İA məlumat yayıb.

Qadın Bakı vaxtı ilə saat təqribən 12:32 radələrində dəmiryolu vağzalı yanındakı "Uley" kafesində olarkən, özünü pis hiss edib. O, təcili olaraq tibb məntəqəsinə çatdırılıb, lakin həkimlərin müdaxiləsi uğursuz olub və qadın günorta saatlarında vəfat edib.

Məlum olub ki, qadın iki ay əvvəl Bakıdan Saratova rəfiqəsigilə qonaq gedib. Bu gün o, "Mahaçqala-Bakı" qatarı ilə evinə qayıtmağa hazırlaşırmış.

Hazırda qadının nəşi morqa göndərilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb