Azərbaycan vətəndaşları Türkiyədə mənzil alışını 23 %-dək artırıb

Azərbaycan vətəndaşları bu ilin yanvar-avqust aylarında Türkiyədə 858, təkcə avqustda isə 138 mənzil alıb.
qonşu ölkənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrləri ilə müqayisədə müvafiq olaraq 22,6 % çox və 10,4 % azdır.
Avqustda Türkiyədə ən çox mənzil alanlar İran vətəndaşları olub. Onlara ötən ay 911, yanvar-avqust aylarında isə 4 600 mənzil satılıb.
Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 900, yanvar-avqust aylarında isə 4 631 mənzil alıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 