Azərbaycana 4 milyard ziyan dəyə bilər - AÇIQLAMA

10:56 | 02.12.2014
Azərbaycana 4 milyard ziyan dəyə bilər - AÇIQLAMA

Azərbaycana 4 milyard ziyan dəyə bilər - AÇIQLAMA

"Neftin dünya bazarında qiymətinin aşağı düşməsi birbaşa Azərbaycan dövlət büdcəsinə təsir göstərir”.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, büdcədə neftin qiyməti 90 dollar götürüldüyündən, qiymət azalmaları büdcənin gəlir hissəsinin formalaşdırılmasına təsir göstərir. Neftin dünya bazarında qiymətinin aşağı düşməsinin kənar effektləri var. Həmçinin neftin qiymətinin aşağı düşməsi milli valyutaya təzyiqi artırır və Mərkəzi Bank intervensiya etmək məcburiyyətində qalır. Eyni zamanda qiymətin düşməsi istehlakı azaldır, xidmət sektoruna və bütövlükdə dövriyyəyə təsir göstərir”.

Ekspert bildirib ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirlərinin 53,4 faizi Dövlət Neft Fondunun payına düşür:

"Dövlət Neft Fondu 2015-ci ilin dövlət büdcəsinin 53,4 faizinin yarıdan çoxunu təmin edəcək. Bu, o deməkdir ki, büdcə gəlirlərinin indiki məqamda yarıdan çoxu Dövlət Neft Fondunun hesabına formalaşdırılacaq. Dövlət Neft Fondunun həmin vəsaiti var. Neftin dünya bazarında düşməsi 53,4 faizə təsir etməyəcək. 2015-ci ilin dövlət büdcəsində qeyri-neft sektorunun payı 35 faizdir. Bu o deməkdir ki, qeyri-neft sektoru daxil olmaqla dövlət büdcəsinin gəlirlərinin 89 faizi praktiki olaraq təmin olunmuş gəlirlərdir. Bununla yanaşı 89 faizin təmin olunmuş gəlirlər olmasına baxmayaraq, qalan 11 faiz neftin birbaşa dünya bazarındakı qiymətindən asılıdır. Eyni zamanda 89 faizin təmin olunmasına baxmayaraq, 35 faiz qeyri-neft sektorunun təxminən 12 faizi neft sektorunun hesabına formalaşdırılır. Bu isə o deməkdir ki, 2015-ci ilin dövlət büdcəsinin 20 faizi birbaşa nefttin gəlirlərinin qiymətindən asılıdır. Dünya bazarında qiymət aşağı düşəcəksə, dövlət büdcəsinə gələn gəlirlərin 20 faizinin formalaşdırılmasında ciddi problem olacaq. Bu isə indiki vəsaitnən təxminən 4 milyard manat deməkdir.

Həmin 4 milyard manat 2015-ci ilin dövlət büdcəsinin neftin dünya bazarındakı qiymətindən birbaşa asılıdır. Təbii ki, Azərbaycanın mövcud gəlirlərini, ehtiyatını və makroiqtisadi göstəriciləri nəzərə alsaq 2015-ci ildə Azərbaycanın dövlət büdcəsinin formalaşmasında ciddi problemlərin olması gözlənilmir. 2015-ci ilin dövlət büdcəsinin neftin dünya bazarında qiymətinin təsirlərinə məruz qalan hissəsinin həcmi 4 milyard manat olacaq”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM