​Azərbaycana daha 2 ikimərtəbəli elektrik qatarı gətirilib

13:47 | 17.06.2016
​Azərbaycana daha 2 ikimərtəbəli elektrik qatarı gətirilib

​Azərbaycana daha 2 ikimərtəbəli elektrik qatarı gətirilib

 İsveçrənin "Stadler Rail Group” şirkətinin "Stadler Minsk" (Belarus) zavodunda istehsal olunmuş "KİSS" markalı daha iki ədəd ikimərtəbəli elektrik qatarı Bakı sərnişin stansiyasına gətirilib. 

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a verilən məlumata görə, bununla da ölkədə bu növ qatarların sayı 5-ə çatıb.

Xatırladaq ki, "KİSS" markalı elektrik qatarının birincisi 2015-ci ilin mayın 30-da, ikincisi mayın 31-də, üçüncüsü isə avqustun 20-də Bakıyagətirilib. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarının ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396-dır vəbunun da 84-ü biznes-sinifə aiddir.

Dəmir yolu nəqliyyatı sisteminin modernləşdirilməsi üzrə "Azərbaycan Dəmir Yolları" QSC ilə "Stadler Rail Group” şirkəti arasında uzun müddət danışıqlar aparılıb. 13 may 2015-ci ildə Bakıda keçirilən "TransCaspian-2015" beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində "Stadler Rail Group" şirkətindən "KİSS" markalı 5 ikimərtəbəli elektrik qatarının alınmasına dair saziş imzalanıb.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM