Azərbaycana ən çox kitab ixrac edən ölkələr - SİYAHI

11:52 | 26.09.2014
Azərbaycana ən çox kitab ixrac edən ölkələr - SİYAHI

Azərbaycana ən çox kitab ixrac edən ölkələr - SİYAHI

“Bu ilin 6 ayında Azərbaycana ümumi dəyəri 1 milyon 552 min 2 dollar olan 252,1 ton həcmində kitab, broşür və s. çap məhsulu gətirilib”.

Bunu Modern.az-a Dövlət Statistika Komitəsindən bildiriblər. Komitənin məlumatına görə, ixracçı ölkələr sırasında birinci yeri Türkiyə tutur. Bu ölkədən Azərbaycana 248,3 ton çap məhsulu (1.286 min 7 min dollar) gətirilib. Daha sonra Böyük Britaniya fərqlənib (1,3 ton).Azərbaycandan isə bu məhsullar üzrə cəmi beş ölkəyə (Uruqvay, Tanzaniya, Birləşmiş Ərəb Əmirlikləri, Norveç, Malayziya) ixrac olunub.Lüğətlər və ensiklopediyalar, onların silsilə buraxılışları isə cəmi iki ölkədən –  Türkiyə və Rusiya idxal olunub (ümumən 60,8 ton – 236,6 min dollar, o cümlədən Türkiyədən 222,3 min dollar məbləğində 59,2 ton, Rusiyadan isə 14,3 min dollar məbləğində 1,6 ton).Bu məhsullar üzrə Azərbaycandan ixrac qeydə alınmayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb