Azərbaycanda 6 mindən çox şirkət yaradılıb

10:05 | 19.01.2016
Azərbaycanda 6 mindən çox şirkət yaradılıb

Azərbaycanda 6 mindən çox şirkət yaradılıb

2015-ci ildə Azərbaycanda 6266 hüquqi şəxs (onların nümayəndəlik və filialları) yaradılıb. 

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib. 

Komitədən bildirilib ki, yeni hüquqi şəxslərin (onların nümayəndəlik və filialları) 53,8%-i Bakıda, 11,9%-i Aran, 10,8%-i Lənkəran, 8,1%-i Abşeron, 5,4%-i Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

"2015-ci ildə ölkənin vergi orqanlarında 70 974 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb”, - deyə DSK-dan qeyd edilib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb