Azərbaycanda ağır qəza: ölәnlәr var

15:00 | 24.03.2018
Azərbaycanda ağır qəza: ölәnlәr var

Azərbaycanda ağır qəza: ölәnlәr var

Saatlı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Apa məlumatına görə, hadisә ötən gün axşam saatlarında Saatlı rayonunun Qaralar kəndi ərazisində baş verib.

Belә ki, Hacıqabul rayonu Pirsaat kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Mehman Dövlət oğlunun idarə etdiyi "Shacman" markalı yük avtomobili təkərinin partlaması nəticəsində yoldan çıxaraq su kollektoruna aşıb. Yük avtomobili eyni anda hərəkətdə olan İmişli sakini, 1987-ci il təvəllüdlü Allahverənov Əli Təşkilat oğlunun idarə etdiyi "Mercedes” markalı avtomobilin üstündən keçərək kanala yuvarlanıb.


Nəticədə "Mercedes”-in sürücüsü və sərnişini, İmişli sakini 1988-ci il təvəllüdlü İsgəndərov Peyman Qərib oğlu hadisə yerində ölüblər. "Mercedes”-də olan digər sərnişin İmişli rayonu Yalavac kənd sakini, 1979-cu il təvəllüdlü Rəfiyev Rəşad Çingiz oğlu Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəza nəticəsində su kollektoruna aşan "Shacman" markalı yük avtomobilinin kabinəsində sıxılmış vəziyyətdə qalan sürücü 3 qaldırıcı kranın və FHN Sabirabad yanğından mühafizə xidmətinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq Saatlı rayon xəstəxanasına çatdırılıb. Xilasetmə əməliyyatı təxminin 3 saata yaxın davam edib. 

Yük avtomobilinin sürücüsünə Saatlı xəstəxanasında ilkin yardım göstərildikdən sonra hər iki ayağının açıq qəlpəli sınığı diaqnozu ilə Bakı şəhəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yola salınıb.

Faktla bağlı BDYP tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM