Azərbaycanda arı ölümə səbəb oldu

18:20 | 01.05.2018
Azərbaycanda arı ölümə səbəb oldu

Azərbaycanda arı ölümə səbəb oldu

Balakəndə 41 yaşlı kişi arı sancmasından ölüb. Balakən rayonu Qazma kənd sakini, 1977-ci il təvəllüdlü İlqar Məmməd oğlu Əliyev travmatik şok vəziyyətdə yaxınlarının köməkliyi ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.

Müayinə zamanı 41 yaşlı İlqar Əliyevin öldüyü məlum olub. Araşdırma zamanı məlum olub ki, arıçılıqla məşğul olan İlqar Əliyev özünə məxsus təsərrüfatda işləyən zaman arı onun boyun nahiyəsindən sancıb.

Arı sancmasından sonra İlqar Əliyevin vəziyyəti pisləşib. /APA

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb