Azərbaycanda bankların əhaliyə nağd avro satışı azalıb

17:30 | 03.01.2020
Azərbaycanda bankların əhaliyə nağd avro satışı azalıb

Azərbaycanda bankların əhaliyə nağd avro satışı azalıb

2019-cu ili yanvar-noyabr ayları ərzində Azərbaycan kommersiya bankları tərəfindən əhalidən alınan nağd avro kütləsinin həcmi illik 5,4% azalaraq 201153 min avro təşkil edib.

"APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, hesabat dövründə bankların əhaliyə satdığı nağd avro kütləsi isə illik 15% azalaraq 530 696,2 min avro olub.

Beləliklə, 2019-cu ilin ilk on bir ayı ərzində əhaliyə 329 543,2 min avro xalis satış həyata keçirilib ki, bu da öz növbəsində illik müqayisədə 20% azalma deməkdir.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM