Azərbaycanda baş verən GÜCLÜ YANĞINLAR: Külə dönmüş evlər, alışan mağazalar... - SİYAHI

15:14 | 26.03.2019
Xəbər verdiyimiz kimi, səhər saatlarında "Diqlas" ticarət mərkəzində güclü yanğın başlayıb. Yanğın zamanı 1000-ə yaxın sahibkara zərər dəyib. 

BiG.AZ Azərbaycanda baş verən dəhşətli yanğınların siyahısını təqdim edir:

Azərbaycanda baş verən GÜCLÜ YANĞINLAR: Külə dönmüş evlər, alışan mağazalar... - SİYAHI

Bakı şəhərinin Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında 2015-ci ilin 19 may tarixində səhər saatlarında yanğın baş verib. Nəticədə 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Yanğının başlamasına ilkin versiya kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilib.

Azərbaycanda baş verən GÜCLÜ YANĞINLAR: Külə dönmüş evlər, alışan mağazalar... - SİYAHI

2015-ci il 4 dekabrda Günəşli neft yatağında güclü yanğın olub. Hadisə "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunub.

Azərbaycanda baş verən GÜCLÜ YANĞINLAR: Külə dönmüş evlər, alışan mağazalar... - SİYAHI

2018-cı il noyabrın 20-də Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub.

Yanğın nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb. 

Azərbaycanda baş verən GÜCLÜ YANĞINLAR: Külə dönmüş evlər, alışan mağazalar... - SİYAHI

2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində dəhşətli yanğın baş verib.

Yanğın nəticəsində korpusda olan 55 nəfərdən 30-u xilas edilib, 25 nəfərin isə meyiti aşkar olunub. 

Azərbaycanda baş verən GÜCLÜ YANĞINLAR: Külə dönmüş evlər, alışan mağazalar... - SİYAHI

 
3 iyul 2018-ci ildə Mingəçevir şəhərində fəaliyyət göstərən, ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 6-cı enerji blokunda partlayış baş verib və yanğın olub.

Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.

Partlayış nəticəsində ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.

Azərbaycanda baş verən GÜCLÜ YANĞINLAR: Külə dönmüş evlər, alışan mağazalar... - SİYAHI

2018-ci il fevralın 27-də Mingəçevirdə yerləşən "Azneftmaş" ASC-də yanğın baş verib. 

Partlayış nəticəsində zavodun 2 əməkdaşı - 1978-ci il təvəllüdlü Soltan Qəzənfər oğlu Nazirov və 1986-cı il təvəllüdlü Maqsud Yaqub oğlu İsrafilov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Azərbaycanda baş verən GÜCLÜ YANĞINLAR: Külə dönmüş evlər, alışan mağazalar... - SİYAHI

Martın 6-da Nərimanov rayonunda yerləşən Azərbaycan İncəsənət Universitetinin balansında olan, hazırda Ağdam rayon məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxanada yanğın baş verib. 

Yanğın nəticəsində 6 nəfər tüstüdən zəhərlənmiş, 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlunun meyitləri tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən çıxarılaraq Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili tibbi yardım briqadalarına təhvil verilib, daha 42 nəfər bina sakini təxliyə olunub.

Azərbaycanda baş verən GÜCLÜ YANĞINLAR: Külə dönmüş evlər, alışan mağazalar... - SİYAHI

Binəqədidə "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Sahibkarlara böyük ziyan dəyib.

Yanğın zamanı 22 mağaza yanıb. Hadisə zamanı xırdavat məhsulları yanıb, taxta şalbana ziyan dəyməyib. Ən çox zərər zərdablı Sabiq adlı sahibkara dəyib. 300 mindən artıq məhsulu külə dönüb. İlkin ehtimala görə, yanğın səbəbi qısaqapanmadır. 

www.anews.az
loading...

Xəbər lenti