Azərbaycanda baş vermiş ən güclü zəlzələ - 300 insan ölüb...

14:22 | 17.11.2017
Azərbaycanda baş vermiş ən güclü zəlzələ - 300 insan ölüb...

Azərbaycanda baş vermiş ən güclü zəlzələ - 300 insan ölüb...

Azərbaycan seysmoaktiv ərazidə yerləşdiyi üçün dəfələrlə zəlzələlər baş verib. Həmin zəlzələri diqqətinizə çatdırırıq.

1. 1139-cu ildə Gəncədə 6.3 bal gücündə zəlzələ olub. Güclü təkan nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub.
2. 1667-cil il 6.9 bal gücündə Şamaxı şəhərində zəlzələ baş verib. Zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişib. Bu zəlzələ Azərbaycan tarixində ən dəhşətli zəlzələ olaraq tarixə düşüb.

3. 1669-cu ildə Şamaxıda 5.7 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 7 min insan dünyasını dəyişib.

4. 1828-ci ildə Şamaxıda 5.7 bal gücündə zəlzələ baş verib. Ölən və yaralananlar haqda məlumat yoxdur.

5. 1859-cu ildə Şamaxıda 5.9 bal gücündə yenidən zəlzələ olub. Zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağılıb. Bu səbəblə, Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülüb. Quberniyanın adı dəyişdirilərək, Bakı quberniyası adlandırıb. Zəlzələ nəticəsində 100 nəfər dünyasını dəyişib.

6. 1872-ci ildə 5.7 bal gücündə Şamaxıda zəlzələ baş verib. Zəlzələ şəhərdə dağıntılara səbəb olub.

7. 1902-ci ildə Şamaxıda 6.9 bal gücündə zəlzələ olub. Zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olub.

8. 1999-cu ildə Ağdaşda 5.4 bal gücündəz zəlzələ baş verib. Zəlzələ nəticəsində insan itkisi olmasa da 100-dən çox ev dağılıb.

9. 2000-ci ildə Bakıda 6.8 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 30 nəfər dünyasını dəyişib.

10. 2012-ci ildə Zaqatalada 5.6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində tikililərdə dağıntılar olub. İnsan tələfatı olmayıb.

11. 2017-ci il noyabrın 15-i yerli vaxtla saat 23:48-də Ağdam rayon ərazisində 5.7 bal gücündə zəlzələbaş verib. Zəlzələ digər rayonlarda da hiss olunub. Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub. Zəlzələ nəticəsində insan itkisi olmasa da evlərə ziyan dəyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM