Ağstafa rayonunun Köçəsgər kənd sakini Tural Abbasəliyev atasına hədiyyə edilən "Çayka” markalı avtomobili 30 ildir göz bəbəyi kimi qoruyur.
Xəzər TV xəbər verir ki, avtomobilin mühərrik həcmi 5.5 litr, avtomat ötürücü və geniş salona malikdir.
Hazırda retro avtomobil kimi dəyərləndirilən bu maşına yüksək qiymət təklif etsələr də, sahibi onu satmaq istəməyib. Çünki sahibi onu fantastik qiymətə - bir milyon manata satmaq niyyətindədir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !