Azərbaycanda bu məhsulun qiyməti 3 dəfə ucuzlaşdı

22:52 | 19.05.2017
Azərbaycanda bu məhsulun qiyməti 3 dəfə ucuzlaşdı

Azərbaycanda bu məhsulun qiyməti 3 dəfə ucuzlaşdı

Rusiyaya buraxılmayan artıq tərəvəz yerli bazarlara axın edir

Azərbaycan -Rusiya sərhədində Rusiya kömrükçülərinin Azərbaycandan gedən yük avtomobillərinə vahid ölçüdə tərəzi üsulu ilə tətbiq etdiyi yenilik şimal rayonlarında da pomidorun qiymətini endirib. Dağıstan Respublikasının Məhərrəmkənd rayonunun Yaraq Qazmalar keçid məntəqəsində qoyulan tərəziyə əsasən yük avtomobili  yalnız 23 ton  məhsul apara  bilər.

İstiPress-in Şimal bürosu xəbər verir ki, bu sərtləşmədən sonra Xaçmaz, Quba, Qusar rayonlarında 2 gün əvvəl  4 manata satılan pomidorun qiyməti bu gün 1 man 30 qəpiyə qədər ucuzlaşıb. Xaçmaz gömrük idarəsindən bu yenilik barədə çox məlumat verilməsə də bildirildi ki,tərəzi Azərbaycan tərəfdə də var və qonşu ölkəyə göndərilən yük 40 tondan çox olmamalıdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb