Azərbaycanda daha iki bank birləşir?

17:35 | 21.04.2016
Azərbaycanda daha iki bank birləşir?

Azərbaycanda daha iki bank birləşir?

"Bank Standard” və Azərbaycan Beynəlxalq Bankı aktivlərin birləşdirilməsi ilə bağlı danışıqlar aparırlar.

Bunu Trend-ə bank bazarındakı mənbə deyib.

Mənbənin sözlərinə görə, indiki mərhələdə hələ heç bir razılaşma əldə olunmayıb.

Lakin mənbə hesab edir ki, adıçəkilən bankların birləşməsi məsələsi aprelin sonunadək həll olunacaq.

Oxu.Az məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli ilə əlaqə saxlayıb.

Bankın rəsmisi Y.Cəfərli isə Oxu.Az-a bu barədə hər hansı məlumata malik olmadığını bildirib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb