Azərbaycanda erməni dizaynerin məhsulları satılır – FOTO

22:14 | 11.09.2015
Azərbaycanda erməni dizaynerin məhsulları satılır – FOTO

Azərbaycanda erməni dizaynerin məhsulları satılır – FOTO

Ayaqqabı bir günə Bakıya çatdırılır.

Azərbaycanda erməni dizayner Alexander Siradekianın dizayn etdiyi qadın ayaqqabısı satılır.

Bu barədə Oxu.Az-a oxucular məlumat veriblər.

Erməni dizaynerin ayaqqabısı sosial şəbəkələrdə alış-verişlə məşğul olan çoxsaylı abunəçisi olan səhifələr tərəfindən satılır.

Online satışı ilə məşğul olan səhifələr qeyd edirlər ki, erməni dizaynerin hazırladığı ayaqqabı bir günə Bakıya çatdırılır.

Qeyd edək ki, erməninin dizayn verdiyi ayaqqabı 75 manata satılır.







www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM