Azərbaycanda gömrük tarifləri dəyişə bilər

13:59 | 14.03.2016
Azərbaycanda gömrük tarifləri dəyişə bilər

Azərbaycanda gömrük tarifləri dəyişə bilər

Baş verən iqtisadi proseslər, maliyyə prosesləri, eləcə də manatın devalvasiyası keçən ilin axırlarına təsadüf edib.

Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitədinin sədri Aydın Əliyev "2016-ci ildə dövlət büdcəsinə gömrük orqanlarından daxil olan gəlirlər azala bilərmi?” sualına cavab olaraq deyib.

"Ona görə də, bu prodeslərdən yalnız 2 ay keçib. Bu barədə hələ demək tezdir. Amma gömrük orqanları olaraq, dövlət büdcəsini doldurmağa çalışan bir orqan olaraq, biz əlimizdən gələni edəcəyik ki, proqnoz tapşırığını yerinə yetirək”, -deyə komitə sədri qeyd edib.

Onun sözlərinə görə gələcəkdə Azərbaycanda gömrük tariflərinin artırılması və ya azaldılması mümkündür:

"Tariflərin artırılması və ya azaldılması mümkündür. Bu hökumətin hüququdur. Biz sadəcə olaraq, öz təkliflərimizi bununla bağlı vermişik”
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM