Azərbaycanda hər iki ailədən biri avtomobilə sahibdir

17:29 | 12.04.2018
Azərbaycanda hər iki ailədən biri avtomobilə sahibdir

Azərbaycanda hər iki ailədən biri avtomobilə sahibdir

2018-ci ilin yanvarın 1-ə olan vəziyyətə görə, Azərbaycanda avotomobillərin sayı 1,34 milyon ədəd təşkil edib.

Trend-in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının saytında dərc olunmuş müsahibəsində deyib.

T.Budaqovun sözlərinə görə, hesabat dövründə Azərbaycanda hər 1000 nəfərə 118 avtomobil düşüb. 2003-cü ildə isə bu rəqəm 48-ə bərabər idi. Hər 100 ailədən 52-də şəxsi minik avtomobilİ var.

Komitə sədri qeyd edib ki, nəqliyyat sektoru Azərbaycan iqtisadiyyatında vacib yer tutur. 2017-ci ildə ölkənin ümumi daxili məhsulunda nəqliyyat sektorunun payı 6,8 faiz təşkil edib. 2003-cü ildən bu sahədə yaradılmış əlavə dəyərin həcmi 2,8 dəfə artıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb