Azərbaycanda məktəbdə yanğın - Şagirdlər təxliyə edildi

10:07 | 11.01.2019
Azərbaycanda məktəbdə yanğın - Şagirdlər təxliyə edildi

Azərbaycanda məktəbdə yanğın - Şagirdlər təxliyə edildi

Mingəçevir şəhərində orta məktəbdə yanğın olub.

Anews.az "Report"a istinadən xəbər verir ki, hadisə məktəbin ikinci mərtəbəsindəki paylayıcı şitdə qısaqapanma nəticəsində baş verib.

Məktəbin 10-cu sinif şagirdlərindən biri yanğınsöndürmə balonu ilə yanğını qismən neytrallaşdırıb. Bundan sonra şagirdlər təxliyə olunub.

Hadisə yerinə FHN-nn üç yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, tüstüdən narahatlıq keçirən şagirdlər evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb