Azərbaycanda məmur oğlu öldü

23:08 | 12.04.2018
Azərbaycanda məmur oğlu  öldü

Azərbaycanda məmur oğlu öldü

Oğuzda vəzifəli şəxsin oğlu bədbəxt hadisə nəticəsində ölüb.
 
APA-nın məlumatına görə, hadisə rayonun Yaqublu kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Bəxtiyar oğlu İsmayılov yüksəklikdən yıxılaraq aldığı kəllə-beyin travması ilə xəstəxanaya aparılıb. Müayinə zamanı C. İsmayılovun öldüyü məlum olub. Onun başından aldığı xəsarətdən dünyasını dəyişdiyi ehtimal olunur.
 
Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib. Ekspertizanın rəyi açıqlandıqdan sonra ölümüm dəqiq səbəbləri məlum olacaq.
 
Faktla bağlı Oğuz rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 
Qeyd edək ki, C. İsmayılov Oğuz rayon İcra Hakimiyyəti başçısının Yaqublu kəndi üzrə ərazi-icra nümayəndəsi Bəxtiyar İsmayılovun oğludur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb