Azərbaycanda narkotik leqallaşdırılmalıdırmı? - AÇIQLAMA/ŞƏRH

14:30 | 22.10.2019
Azərbaycanda narkotik leqallaşdırılmalıdırmı? - AÇIQLAMA/ŞƏRH

Azərbaycanda narkotik leqallaşdırılmalıdırmı? - AÇIQLAMA/ŞƏRH

Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçəri-Lalən deyib ki, gec-tez Azərbaycanda yüngül narkotik vasitələrindən istifadə leqallaşdırılacaq.

Onun sözlərinə görə, bir çox ölkələrdə yüngül narkotik vasitələinrdən istifadə leqallaşdırılıb, bəzilərində isə bu məsələ müzakirə edilir.

"Bu gün Niderlandda çoxlu sayda narkotik istifadəçisi var. Amma onların çoxu narkotikdən istifadə etmək üçün Niderlanda başqa ölkələrdən gəlir. Niderlandın özündə sağlam həyat tərzi mühüm yer tutur və yerli əhali arasında narkotik istifadəçilərinin sayı çox azdır.
Yüngül narkotik vasitələrin leqallaşdırılmasından sonra Niderland əhalisi arasında narkotik vasitə istifadəçilərinin sayında azalma qeydə alınıb”, - deyə Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçəri-Lalən bildirib. 

Millət vəkili Aydın Mirzəzadə isə  bu qanun dəyişikliyin əleyhinədir.

Onun fikrincə, Azərbaycanda narkotik istifadəsi idarəolunmaz vəziyyətdə deyil və dövlət ciddi addımlar atır.



"Bilirsiniz, mən belə bir qanunun əleyhinəyəm. Bu qanun o ölkələrdə qəbul olunur ki, narkotikdən istifadə geniş hal alır, getdikcə də genişlənir. Ancaq Azərbaycanda bu belə deyil, dövlət ciddi addımlar atır. Bəli, zaman-zaman İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsi cəhdini görürük və ya elə Azərbaycanın özündə narkotik plantasiyaları aşkar edilir. Ancaq onu da görürük ki, dövlət bunlara lazımınca reaksiya verib, qarşısını alır”, - deyə millət vəkili bildirib.

Həzi

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb