Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanıldı

16:29 | 29.01.2018
Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanıldı

Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanıldı

Yanvarın 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində keçirdiyi reyd zamanı qanunsuz ovla məşğul olan Səudiyyə Ərəbistanı vətəndaşları Alsedais Abdullah İbrahim, Aljumah Fahad Abdullah və Almarzooq Abdulaziz Marzouq saxlanılaraq onlardan üç ov silahı və altı patron maddi sübut kimi götürülüb.

Nazirlikdən anews.az-a bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, sənədləşmə aparılıb və qanun pozucularının hər biri 2000 manat olmaqla, ümumilikdə 6000 manat məbləğində cərimələnib. 

Qanunsuz ov edən Səudiyyə Ərəbistanı vətəndaşlarının ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət olunacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb