Azərbaycanda təhsillə bağlı telekanal yaradılır

11:49 | 21.01.2015
Azərbaycanda təhsillə bağlı telekanal yaradılır

Azərbaycanda təhsillə bağlı telekanal yaradılır

Bu kanal uşaq və gənclərin intelektual fəaliyyətlərinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədi ilə təşkil olunacaq 

Azərbaycanda yeni televiziya yaradılacaq. Lent.az-ın məlumatına görə, bununla bağlı müddəa prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”ında öz əksini tapıb.

Belə ki, uşaq və gənclərin intelektual fəaliyyətlərinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədi ilə onlayn "Təhsil” televiziyasının yaradılacaq.  Televiziyanın 2015-2016 illər ərzində yaradılması nəzərdə tutulub və bu işləri Təhsil Nazirliyi həyata keçiriləcək.
Təhsilverənlər, təhsilalanlar və valideynlər üçün marifləndirmə xarakterli portalların yaradılması, onlayn təlimlər, elektron dərsliklər, video resurslar, internet əsaslı intellektual oyunlarının hazırlanması da nəzərdə tutulub.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür