Azərbaycanda Türkiyə banklarının sayı arta bilər

21:52 | 23.11.2017
Azərbaycanda Türkiyə banklarının sayı arta bilər

Azərbaycanda Türkiyə banklarının sayı arta bilər

Türkiyənin Banklar Birliyi Azərbaycanda Türkiyə banklarının sayının artacağını gözləyir.

Trend-in məlumatına görə, bunu "Ziraat Bank"ın baş direktoru Hüseyn Aydın Bakıda jurnalistlərə deyib.

H.Aydın qeyd edib: "Biz bilirik ki, yaxın illərdə Azərbaycanı ciddi inkişaf gözləyir. Bu gün ölkədə iki Türkiyə bankı var - Ziraat Bank və Yapı Kredi. Lakin artıq deyə bilərəm ki, yaxın vaxtlarda Türkiyənin digər bankları da Azərbaycanda çalışmağa maraq göstərəcək".

Xatırladaq ki, Azərbaycanda 31 bank, o cümlədən 16 xarici kapitallı bank fəaliyyət göstərir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb