Azərbaycanda vətəndaş özünü müflis elan etdi

12:13 | 22.01.2018
Azərbaycanda vətəndaş özünü müflis elan etdi

Azərbaycanda vətəndaş özünü müflis elan etdi

Azərbaycanda vətəndaş özünün müflis elan edilməsi üçün məhkəməyə müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı vəkil Əkrəm Həsənov qeyd edib. O bildirib ki, yanvarın 23-ü saat 11.00-da vəkili olduğu vətəndaşın özünü müflis elan edə bilməsi hüququna malik olub-olmaması haqda kassasiya şikayətinə baxılacaq:

"İlk iclas yanvarın 9-da oldu, lakin məhkəmə məsələnin araşdırılması üçün iki həftəlik fasilə götürdü. Bakı Apellyasiya Məhkəməsi hesab edib ki, yalnız fərdi sahibkar özünü müflis elan edə bilər və guya adi fiziki şəxs bu hüquqa malik deyil. Əslində, 2015-ci ilin oktyabrında "Müflisləşmə və iflas haqqında” Qanuna edilmiş düzəlişə əsasən, hər hansı şəxs özünü məhkəmə qaydasında müflis elan edə bilər. "Banklar haqqında” Qanun da bunu təsdiqləyir: belə ki, həmin Qanunun 1.0.19-cu və 57-10.6-cı maddələrinə görə, bankın inzibatçısı, yəni fərdi sahibkar olmayan fiziki şəxs müflis elan edilə bilər”

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM