Azərbaycanda yeraltı suların temperaturu öyrəniləcək

10:47 | 13.12.2013
Azərbaycanda yeraltı suların temperaturu öyrəniləcək

Azərbaycanda yeraltı suların temperaturu öyrəniləcək

Şamaxıda yeraltı sularda zəlzələlərdən qabaq baş verən dəyişikliklərin dəqiq monitorinqi aparılacaq. AMEA Geologiya İnstitutundan İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Almaniyanın Qotenberq Universitetinin professoru Güter Buntebart yeraltı suların hərəkəti və temperatur şəraitinin daha dəqiq monitorinqini aparamağa imkan yaradan yeni cihaz ixtira edib. Alim yeni avadanlığı Qafqaz regionunda ilk dəfə Gürcüstanda sınaqdan keçirib və onu Azərbaycanda da təcrübədən keçirmək niyyətindədir. O, elmi tədqiqat cihazının bir nümunəsini Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutuna hədiyyə edib.İnstitutun hidrogeologiya və mühəndisi-geologiya şöbəsinin rəhbəri, geologiya-minerologiya elmləri doktoru, professor Yusif İsrafilov bildirir ki, avadanlıq Respublika Seysmoloji Xidmət Mərkəzinin Şamaxıda yerləşən poliqonunda su quyularının birində quraşdırılacaq. Nümunəvi monitorinq seysmik baxımdan aktiv zona olan bu rayonda elmi əhəmiyyətli nəticələr verərsə geniş miqyaslı tədqiqatlara başlanıla bilər. Sözügedən cihaz hidrogeologiyanın digər istiqamətlərində də tədqiqatlar aparmağa imkan verir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb