Azərbaycanda yükdaşıma qiymətləri də bahalaşdı

15:35 | 14.05.2016
Azərbaycanda yükdaşıma qiymətləri də bahalaşdı

Azərbaycanda yükdaşıma qiymətləri də bahalaşdı

Əsas qiymət artımı boru kəməri və dəniz nəqliyyatında qeydə alınıb

Bu ilin yanvar-aprel aylarında 2015-ci ilin eyni dövrü ilə müqayisədə nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 39,8% bahalaşıb. 

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, cari ilin aprel ayında isə mart ayına nisbətən yükdaşıma qiymətləri 4,6%, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 5,9 və 5,5%, ölkələrarası yükdaşıma qiymətləri hava və dəmir yolu nəqliyyatında 5,5%, dəniz nəqliyyatında 5,6%, avtomobil nəqliyyatında 1,8% ucuzlaşıb. 

Ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb