Azərbaycanda özəl texniki peşə məktəbləri və liseyləri açılacaq

23:52 | 26.12.2014
Azərbaycanda özəl texniki peşə məktəbləri və liseyləri açılacaq

Azərbaycanda özəl texniki peşə məktəbləri və liseyləri açılacaq

Özəl sektorun cəlb edilməsi ilə ali məktəblərdə innovasiya mərkəzləri yaradılacaq.

Azərbaycanda özəl texniki peşə məktəbləri və liseyləri açılacaq.
 
APA-nın məlumatına görə, bu, prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
 
Dövlət Proqramının "Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi” ilə bağlı bölməsində qeyd edilib ki, Təhsil Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi 2016-cı ildə özəl texniki peşə məktəbləri və liseylərinin açılmasının təşviqi ilə bağlı təkliflər hazırlamalı və aidiyyəti üzrə təqdim etməlidir. Bundan başqa, Təhsil Nazirliyinə  2016-2017-ci illərdə özəl sektorun cəlb edilməsi ilə ali məktəblərdə innovasiya mərkəzlərinin yaradılmasını təmin etmək tapşırılıb.  Eyni zamanda Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi  2016-2020-ci illərdə isə sənaye üzrə müxtəlif istiqamətlərdə peşə, ixtisasartırma və ixtisasdəyişmə kurslarının təşkili, tədris plan və proqramlarının hazırlanması və təkmilləşdirilməsi məqsədi ilə Peşə Tədris Mərkəzlərinin yaradılmasını,  İqtisadiyyat və Sənaye Nazirliyi 2016-ci ildə "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Tədris Mərkəzinin fəaliyyətinin təşkilini təmin etməlidir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM