Azərbaycandan Türkiyə neft-kimya sənayəsinə böyük töhfə - 20 milyard dollarlıq sərmayə

14:29 | 28.08.2015
Azərbaycandan Türkiyə neft-kimya sənayəsinə böyük töhfə - 20 milyard dollarlıq sərmayə

Azərbaycandan Türkiyə neft-kimya sənayəsinə böyük töhfə - 20 milyard dollarlıq sərmayə

"SOCAR Türkiyə” 2018-ci ildə Türkiyənin ən böyük ikinci sənaye şirkəti olacaq" -  bu açıqlamanı "SOCAR Turkey Energy A.Ş"nin rəhbəri Kənan Yavuz jurnalistlər üçün Türkiyədə təşkil olunmuş konfransda deyib.

ANN.Az xəbər verir ki, konfransda "SOCAR Türkiyə”nin fəaliyyəti, "STAR Rafinerisi", "Petkim” və "Petlim” layihələrinin uğurlu inkişafı,  inşa olunan Cənub Qaz  Dəhlizi layihəsi və SOCAR-ın 2018-ci ildə əldə edəcəyi gəlirlər və 2008-2018-ci illər arasında Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu sərməyalər haqqında danışılıb.

Kənan Yavuz qeyd edib ki, "SOCAR Türkiyə”nin 13 faizlik payı 1.3 milyard dollara "Goldman Sachs” firmasına satılıb və bununla da şirkətin ümumi  dəyəri 10 milyard dollara çatıb: Həyata keçirilən uğurlu işlərin nəticəsidir ki, hazırda "Socar Türkiyə” ölkədəki ən güclü şirkətlər arasında özünəməxsus yeri tutur”.

İcraçı direktor "STAR Rafinerisi”  - Egey Neft Emalı Zavodu haqqında danışarkən bildirib ki, Türkiyənin ilk özəl neft emalı zavodu ünvanına sahib bu iqtisadiyyat ocağının inşasına 5,6 milyard dollar sərmayə qoyulub və bu, Türkiyə tarixinin ən böyük maliyyə layihələrindən biri hesab olunur: "Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan (həmin illərdə baş nazir olub – red.) tərəfindən 25 oktyabr 2011-ci ildə təməli qoyulan neft emalı zavodu əsasən "Petkim”in tələbatı olduğu məhsullar istehsal ediləcək, neft emali-neft-kimya inteqrasiya sahəsində rəqabət gücünü artıracaq, bölgə və ölkə iqtisadiyyatına öz töhfəsini verəcək. Zavodun illik emal gücü 10 milyon ton nəzərdə tutulub. Neft emalı layihəsinə bugünə qədər 2 milyar dollar sərmayə qoyulub və bununla da layihə 29 faiz irəliləyiş əldə edib.

Kənan Yavuz daha sonra "Petkim” konteyner limanı – "Petlim” haqqında söz açıb: "2015-ci ilin sonuncü rübündə inşası tamamlanacağı planlaşdırılan liman Türkiyənin 3-cü, Egey dənizində isə ən böyük liman olacaq. 1,5 milyon ton yükdaşıma gücünə malik liman daha sonra bu göstəricini 4 milyon tona qədər yüksəldə biləcək”.

Daha sonra Yavuz məlumat verib ki, ABŞ-ın "Goldman Sachs” şirkəti "Peklim”in də 30 faizlik hissəsinə sahibdir: "Hazırda bazar dəyəri 1, 4 milyard dollar olan "Petlim”in 30 faizlik hissəsinə 300 milyon dollar verərək satın alıb”.

O, daha sonra icraçı direktor qeyd edib ki, "SOCAR Türkiyə” 2018-ci ildə 15 milyard dollar gəlir əldə edəcək və 3 min işçisi, 3 milyard dollar ixracatı ilə Türkiyənin ən böyük ikinci şirkəti olacaq. "Valu Site 2023” layihəsi çərçivəsində SOCAR-ın bugünə qədər Türkiyəyə yatırdığı sərmayələrin miqdarı 10 milyard dollardan çox olub.

2008-2018- ci illərdə Türkiyə üçün önəmli layihə olan TANAP ilə birlikdə Türkiyəyə yatırılacaq sərmayənin miqdarı 20 milyard dolları ötəcək.

K. Yavuzun sözlərinə görə, STAR neft emalı zavodunun səhmlərinin bir qismi gələcəkdə satışa çıxarıla bilər:  "SOCAR Turkey Energy A.Ş"-nin tərkibinə daxil olan şirkətlərin hər biri ayrılıqda maddi mənbələr yaratmaq imkanına sahib ola biləcək”.

Bundan əlavə şirkət rəhbəri "SOCAR Turkey Energy A.Ş." Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsində (TANAP) 7%-lik paya sahib olmaq niyyətindədən də danışıb. 

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam edir: "SOCAR Turkey Energy" öz növbəsində sahib olacağı paya uyğun olaraq TANAP-a sərmayə qoyacaq".   Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.   1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.   TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.   TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: "Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%. 
 
Orxan Aslanlı
Türkiyə, İzmir


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb