Azərbaycanfa liftli sərnişin avtobusları işləyəcək

17:37 | 25.12.2014
Azərbaycanfa liftli sərnişin avtobusları işləyəcək

Azərbaycanfa liftli sərnişin avtobusları işləyəcək

Azərbaycanın Bakı, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində əhalinin sıx yaşadığı yerlərdəki sərnişin marşrutlarında qaldırıcı liftə malik iritutumlu nəqliyyat vasitələrindən istifadə ediləcək.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu məsələ 2014-2018-ci illəri əhatə edən "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı” layihəsinə daxil edilib.

Qeyd edilən bu tədbir Nəqliyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə brigə həyata keçiriləcək.

Proqram layihəsində qeyd edilir ki, metrostansiyalar əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılacaq. Bununla yanaşı, bankomatlar, telefon avtomatları, poçt terminalları, keçid turniketləri, lift, tunel keçidləri, eskalator və digər avtomat qurğuların əlilliyi olan şəxslərə uyğunlaşdırılması üçün tədbirlər görüləcək.

Dayaq hərəkət sistemində problemi olan, əlil arabasında hərəkət edən şəxslərin çimərliklərdən sərbəst istifadə etmələri üçün də şərait yaradılacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb