Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır

11:36 | 25.04.2020
Azərbaycaycanda koronavirusun yayılmağa başlamasından sonra sosial şəbəkələrdə Şəki şəhərində yoluxmaların çox yüksək olması barədə məlumatlar paylaşılırdı. Eyni zamanda, bu regionun qırmızı zona olduğu bildirilmişdi.


Səhiyyə nazirinin müavini Viktor Qasımov Oxu.Az-a açıqlamasında deyib ki, artıq Azərbaycanda elə bir region var ki, xəstəlikdən tamamilə azad olub:


"Amma sabah həmin regionlarda yeni yoluxma baş verə bilər. Bu gün regionların adlarını tam sadalamaq düzgün deyil. Sadəcə, hazırda müəyyən ərazilər var ki, koronavirusdan qurtulub. 


Məsələn, Şəkidə hazırda koronavirusa yoluxma yoxdur. Ölkənin 12 rayonunda xəstəlik vardı, indi xəstələr sağalıb və epidemik ocaq ləğv olunub”.


"Bakı şəhəri üzrə koronavirusa yoluxma çoxdur. Eyni zamanda, cənub zonasında yoluxma yüksəkdir. Hazırda bununla bağlı müvafiq tədbirlər aparılır”, - deyə nazir müavini qeyd edib.


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti