Azərbaycanın dəniz limanları yük daşımalarını azaldıb

21:17 | 27.03.2023
Azərbaycanın dəniz limanları  yük daşımalarını  azaldıb

Azərbaycanın dəniz limanları yük daşımalarını azaldıb

2023-cü ilin ik iki ayında  ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın dəniz limanları  yük daşımalarını  1,1% azaldıb və  1 milyon 591,6 min tona qədər çatdırıblar. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. 

Yüklərin ümumi həcminin 1 milyon 316,2 min tonu və ya 82,7 faizi beynəlxalq tranzit yüklərin, 17,3 faizi isə yerli yüklərin payına düşüb. 2022-ci ilin yanvar-fevralında ötən ilin eyni dövrü ilə müqayisədə tranzit yüklərin daşınmasında azalma 12,9% təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il martın 1-nə Azərbaycanın dəniz  limanlarının anbarlarında  60,2 min ton yük qalıb.

2022-ci ildə Azərbaycanın dəniz limanları vasitəsilə yüklərin daşınması 11 milyon 750,6 min ton (artım 32,4%) təşkil edib.

Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Bakı limanının Dübəndi və Səngəçalda böyük neft terminalları var.

Bundan əlavə, 2014-cü ildə Ələt qəsəbəsində yeni Bakı Dəniz Beynəlxalq Limanının ərazisində bərə terminalı, 2018-ci ilin yanvarında isə Ro-Ro terminalı istifadəyə verilib. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM